SİYASƏT
Əli Əsədov Həştərxanın qubernatoru ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 10-da ölkəmizdə səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən 32gun.az bildirilib ki, görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib.