İsmayıllıda yol qəzası baş verib.
32gun.az-ın əldə etdiyi məlumata görə, hadisə Balik gölü yaxınlığında olub.
Belə ki, "Opel Astra" markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb.
Bildirək ki, qəza zamanı avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.
"Opel"in sürücüsünün sözlərinə görə, qəza qarşıdan gələn avtomobilin manevr qaydalarını pozması nəticəsində baş verib. Onu da əlavə edək ki, qəza şəraiti yaradan avtomobil hadisə yerindən qaçıb.
Nurlan Şiraliyev