SOSIAL

Bakının bu ərazisində yeni park salınacaq

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC iki mərhələli tender elan edib.

Tender Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin kəsişməsində salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması məqsədilə elan edilib.

İlkin mərhələ 3 aprel 2023-cü il saat 10.00-dan 2 may 2023-cü il saat 10.00-dək davam edəcək, 5 may 2023-cü ildə birinci mərhələnin nəticələri açıqlanacaq.

İkinci mərhələ üçün təkliflər 8 may 2023-cü il saat 11.00-dan 23 may 2023-cü il saat 11.00-dək qəbul olunacaq. //Olke.az

Oxşar Xəbərlər