İstanbulda dəhşətli qətl hadisəsi baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hüseyn Turan adlı şəxs həyat yoldaşı Sevim Turanı ov tüfəngi ilə qətlə yetirib. Daha sonra həyat yoldaşını öldürməsi ilə bağlı polisə məlumat verən 70 yaşlı kişi eyni silahla intihar edib.
Hadisə yerinə gələn təcili yardım və polis qrupları araşdırmalara başlayıb. Hər iki şəxsin meyiti yarılmaq üçün morqa aparılıb.
Bildirək ki, hadisə saat 14.00 radələrində Bağçılar adlanan ərazidə yaşanıb.
Nurlan