DÜNYA ÖZ XƏBƏR

Putin üç il əvvəl baş tutan iclası yenidən keçirəcək - BU TARİXDƏ

Rusiya Prezidenti Vladimir Putin yerli özünüidarəetmənin inkişafı üzrə Prezident Şurasının iclasını keçirəcək.

32gun.az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.

Məlumata görə, şuranın iclası aprelin 20-də videobağlantı vasitəsilə baş tutacaq.

Bildirək ki, iclasda yerli özünüidarəetmə işinin xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, sonuncu dəfə belə görüş 2020-ci ilin yanvarında olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər