DÜNYA ÖZ XƏBƏR

Zəlzələ qurbanlarının qaldığı çadırda YANĞIN - Yeniyetmə qız 24 gün sonra...

Hatayda zəlzələ qurbanlarının qaldığı çadırda baş verən yanğın zamanı ağır xəsarət alan 17 yaşlı Yeşim Eker dünyasını dəyişib.

Bildirək ki, yanğın hadisəsi 26 mart gecə 02.00 radələrində İskəndərun rayonundakı çadırlardan birində baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yeşim Eker 24 günlük mübarizədən sonra həyatını itirib.

Xatırladaq ki, yanğın zamanı onunla birlikdə çadırda yaşayan qardaşı və 4 yaşlı bacısı da ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişdi. Bir gün sonra isə 4 yaşlı Elif Mislina Eker dünyasını dəyişmişdi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər