MƏDƏNİYYƏT - ŞOU
Əməkdar artist sevgilisindən danışdı: “Elçi gəlsəydi, uça-uça gedərdim” - VİDEO
Əməkdar artist Elza Seyidcahan ilk məhəbbətindən danışıb.
32gun.az xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan sənətçi ilk sevgisi olan Cavid bəydən danışıb. Onu sevdiyini deyən Elza Cavidin məhəbbətindən xəbərsiz olduğunu bildirib:
“Orta məktəbdə oxuduğum zamanlarda Cavid Ağaverdiyev adlı parta yoldaşım vardı. Cüdo ilə məşğul olurdu. Varlı ailənin oğlu idi. Bir gün məktəbdə bir oğlan mənə söz atmışdı, Cavid onu döymüşdü. Biz məktəbi bitirəndə küsülü ayrıldıq. O, əsgərliyə getdi, mən evləndim.
Bacısı Arzu ilə münasibətimiz yaxşı idi, əlaqəmiz vardı. Arzu Cavidə zəng vurub deyib ki, Elza ərə gedib. Cavid də deyib ki, dostum etibarsız çıxdı. Bacısı da başa düşüb ki, qardaşı məni sevirmiş".
Ətraflı videoda: