HADİSƏ ÖZ XƏBƏR

Gəncədə qəza: Avtomobil aşdı - Sürücü ölümdən döndü (Video)

Gəncədə dəhşətli qəza hadisəsi baş verib.

32gun.az-a daxil olan məlumata görə, Sadiq Bakirov adlı şəxsə məxsus olan "VAZ 2107" aşıb.

Məlumata görə, hadisə sürücü manevr etmək istəyərkən baş verib.

Sürücü ətrafdakıların köməyi ilə aşmış maşından çıxarılıb. 

"VAZ 2107"nin sürücüsü S.Bakirov qolundan yaralanıb və xəstəxanaya çatdırılıb. Bildirilir ki, onun vəziyyəti normaldır.

Ayxan

Oxşar Xəbərlər