Rusiyanın özəl "Vaqner" hərbi qrupu Baxmutda əməliyyatlarını davam etdirəcək.
32gun.az xəbər verir ki, bu barədə qrupun rəhbəri Yevgeni Priqojin məlumat yayıb.
O, qeyd edib ki, Rusiya ordusu "Vaqner"i istənilən silah-sursatla təmin edəcək.
"Biz bu gecə döyüşmək əmri aldıq. Hücumu davam etdirmək üçün lazım olan sursat və silah vəd edildi" - Priqojin bildirib.
Nurlan Şiraliyev