Bakıda məşhur "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi məhkəməyə verilib.
32gun.az-ın xəbərinə görə, şirkəti Asəf Rzayev Əfsər oğlu məhkəmə verib.
Asəf Rzayev məhkəmədə iddia qaldırıb ki, şirkət öhdəliklərini yerinə yetirmir.
İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin sədrliyi ilə baxılacaq.
Bildirək ki, nizamnamə kapitalı 625 AZN olan "SABAH RESİDENCE" MTK-nın qanuni təmsilçisi ABİL SƏFƏROV SƏMƏD oğludur.
Ayxan