SİYASƏT
Sinan Oğan da Ərdoğanla birlikdə Azərbaycana gələcək
Türkiyədə keçirilən son prezident seçkisində namizəd olmuş Sinan Oğan sabah, iyunun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana təşkil ediləcək dövlət səfərində onu müşayiət edəcək.
Bu barədə Türkiyənin "Yenisafak" nəşri məlumat yayıb.
S.Oğanın iki ölkə arasında nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə iştirakı gözlənilir.