DÜNYA
Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq
Türkiyənin Azərbaycandakı səfiri Birol Akün 1990-cı ilin 20 Yanvar faciəsi ilə bağlı açıqlama verib.
32gun.az xəbər verir ki, diplomat yüzlərlə azərbaycanlının həlak olması ilə nəticələnən həmin hadisələrin xalqın müstəqillik uğrunda ödədiyi ağır, lakin tarixi bir bədəl olduğunu vurğulayıb.
Səfirin sözlərinə görə, “Qanlı Yanvar” şəhidlərinin fədakarlığı boşa getməyib və bu hadisələr Azərbaycanın gələcək müstəqillik yolunu müəyyənləşdirən əsas dönüş nöqtələrindən biri olub. Akün qeyd edib ki, məhz həmin günlər Azərbaycan xalqının suveren dövlət qurmaq əzmini daha da möhkəmləndirib.
Diplomat eyni zamanda Azərbaycan–Türkiyə münasibətlərinin sarsılmaz olduğunu bildirib:
“Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq”.