Malaziyada maraqlı hadisə yaşanıb.
32gun.az xəbər verir ki, Rokiah Samat adlı 62 yaşlı qadın sosial şəbəkədən tanış olduğu, özündən 34 yaş kiçik Mohammad Amin Jundail adlı şəxslə ailə həyatı qurub.
Cütlüyün "TikTok" platformasındakı paylaşımları maraqla qarşılansa da tənqidə səbəb olub. Yazılanlara cavab olaraq isə cütlük: "Yaş sadəcə rəqəmdir. Biz çox xoşbəxtik" deyə bildiriblər.
Onlar 1 illik tanışlıqdan sonra evliliyə qərar veriblər.
64 yaşlı qadın isə həyat yoldaşı barəsində bu fikirləri səsləndirib: "Gənc olmasına baxmayaraq yoldaşım çox məsuliyyətlidir. İnanıram ki bu son evliliyimdir. Onu həqiqətən sevirəm".
34 yaş kiçik həyat yoldaşı da qadının fikirlərinə əlavələr edərək evliliklərindən razı olduğunu vurğulayıb:
"Onun profilinə ilk dəfə "TikTok"da rast gəldim. Dost olmaq üçün mesaj göndərdim. 10 uşağı, 22 nəvəsi və 1 nəticəsi olan bu qadına aşiq oldum. O mükəmməl insandır, məni tamamlayır. Ailələrimiz də evliliyimizi xoş qarşıladı".
Aysel Şirinova