Son zamanlar artan meşə yanğınların baş verdiyi ərazilər siyahısına Antalyanın Kaş və Muğlanın Marmaris rayonları da əlavə edilib.
32gun.az Türkiyən KİV-nə istinadən bildirir ki, yanğınsöndürənlər havadan və qurudan müdaxilə etmək üçün meşəyə daxil olub.
Kaşda yanğın nəzarət altına alınıb, bir hektar əraziyə ziyan dəyib.
Marmarisdə yanğın bölgəsində davam edən söndürmə işləri zamanı yanan meşəlik ərazidə bir kişi cəsədi tapılıb.
İlkin araşdırma zamanı meyitin boynunda kəmər olduğu müəyyən edilib.
Tapılan cəsədlə bağlı Respublika Prokurorluğu tərəfindən araşdırma başlanılıb və bir nəfər saxlanılıb.
Marmaris Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində o, "məşələri qəsdən yandırmaq" və "qəsdən adam öldürmə" ittihamı ilə saxlanılan M.A-nın "oğurluq", "qəsdən yaralama", "cinsi zorakılıq" və "şantaj" kimi bir çox cinayət qeydinin olduğu öyrənilib.
Ayxan