DÜNYA ÖZ XƏBƏR

Küçədə tankları görən Rusiya vətəndaşı "Vaqner" əsgərlərinə reaksiya verdi (VİDEO)

Xəbər verdiyimiz kimi,Rusiya ordusunun Ukraynadakı qüvvələrinin təxminən dörddə birini təşkil edən “Vaqner” qruplaşması Rusiyanın müdafiə naziri və Baş Qərargah rəisini hədəf alaraq çevrilişə cəhd edib.

32gun.az xarici KİV-ə istinadən bidlirir ki, Rostov şəhərini nəzarət altına aldıqlarını bildirən Vaqner əsgərləri ilə rusiyalının dialoqu sosial şəbəkədə gündəm yaradıb.

Rostov küçələrində yerləşdirilən tankları görən rusiyalının velosipeddən düşüb “Vaqner” əsgərləri ilə söhbət etdiyi anlar hər saniyə lentə alınıb.

5

Videodan da göründüyü kimi həmin şəxs rus dilində “Əgər vətənin müdafiəçisisənsə, niyə qarmaqarışıqlıq edirsiniz?” deyib. Bu zaman həmin şəxsin bir neçə əsgərin əhatəsində olduğu diqqət çəkib.

Ayxan

 

Oxşar Xəbərlər