DÜNYA ÖZ XƏBƏR

Çinlilər daşdan da yemək hazırladılar (VİDEO)

Qeyri-adi mətbəxə malik yeməkləri ilə tanınan Çin yenə hər kəsi təəccübləndirməyi bacarıb. 

32gun.az xəbər verir ki, Çinlilər bu dəfə daşdan yemək hazırlayıblar. Küçə aşpazları  tərəfindən hazırlanır və elə oradaca vətəndaşlara təqdim edilir. 

Aşpazlar yeməyi tavada qaynar odda bişirib içərisinə qırmızı bibər, sarımsaq sousu kimi ədviyyatlar əlavə etdikdən sonra daşları da əlavə edirlər. Xurma qutularında təqdim edilən bu yeməyin qiyməti isə 2,30 dollardır.

Vətəndaşların "Üzərindəki ədviyyatları yedikdən sonra daşı nə edim?" sualına cavab olaraq aşpazlar "Onları xatirə olaraq evinizə apara bilərsiniz",- deyiblər.

Aysel Şirinova

 

Oxşar Xəbərlər