Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Dəftərxana və təsərrüfat mallarının satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.a-ın məlumatına görə, sözügedən tenderin qalibi "OXATAN-C" MMC olub və bununla da şirkətə 393.298,12 AZN ödəniləcək.
Bildirək ki, Nizamanamə kapitalı 10 AZN olan "OXATAN-C" MMC-nin sahibi CAVİD ƏLƏKBƏROV AZƏR OĞLUdur. Şirkət 30.03.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlıdır.
Ayxan