MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur aktrisa üsyan etdi: “… mən niyə yoxam?”

"Çocuklar Duymasın" serialında canlandırdığı "Emine" obrazı ilə yaddaşlara həkk olunan Melek Şahin sosial şəbəkə hesabından son paylaşımı ilə diqqət çəkib. 

32gun.az xəbər verir ki, M.Şahinin işsizliyə üsyanı sosial şəbəkədə gündəm olub.

"Kirayə qaldığım evdim "kentsel dönüşüm" layihəsində plana düşdü. Bundan sonra kirayə haqqı 3 qat artıq olan ev tapdım. Yaşayış şərtləri hamımız üçün həqiqətən çətindir və indi həqiqətən üsyan içindəyəm ... 

Televiziya tarixində iz qoymuş serial aktrisası  olmaqdan şərəf duysam da, özümün teatr və son 5 ildə imtina etdiyim işlər istisna olmaqla, onlarla serial və kommersiya layihələri olduğu halda mən orada iştirak edə bilmirəm. Sual vermək istəyirəm, niyə?

Çünki 4 il aktyorluq təhsili almışam. Mən çox çalışmışam, işimi sevirəm və pulumu belə qazanıram. İndi Çox incimişəm, üzr istəyirəm. bu duruma üsyan edirəm".

Ayxan

Oxşar Xəbərlər