SOSIAL ÖZ XƏBƏR

Vergi borcu olan "VNM SERVİS” yenə tenderdə qalib seçildi (FOTO)

Xəbər verdiyimiz kimi vergi borcu olan "VNM SERVİS" MMC  “Dövlət satınalmaları haqqında” Qanunu "çeynəyərək" tenderlərə qatılıb və qalib seçilib. 
32gun.az-
ın məlumatına görə, hazırda şirkətin 3 min manatdan çox (3118.84 AZN) vergi borcu olduğu halda daha bir tenderə qatılaraq qalib seçilib.

Belə ki, QƏBƏLƏ SUVARMA SİSTEMLƏRİ İdarəsinin "Cari təmir işləri üzrə maşın-mexanizmlər üçün ehtiyyat hissələrin alınması" ilə bağlı elan etdiyi tender başa çatıb. Qalib seçilən  "VNM SERVİS" MMC ilə idarə arasında 40.556,01 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamanmə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçi VÜQAR NAĞIYEV MƏHƏMMƏD OĞLUdur. 

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Xatırladaq ki, dövlətə 10792.41 AZN vergi  borcu olduğu halda VNM SERVİS" MMC bu ay ərzində 3, ötən ay isə 21 tenderin (41 gündə 24 tender) qalibi olub. Daha sonra vergi borcunun bir qismini ödəyə bilən şirkət daha iki tenderdə qalib edilmişdi.

Ayxan

Oxşar Xəbərlər