İDMAN ÖZ XƏBƏR

22 yaşlı futbolçu karyerasını bitirdi - Ürəyindəki problemə görə

İngiltərə Premyer Liqası komandalarından biri olan "Brayton"da çıxış edən 22 yaşlı belçikalı futbolçu Lars Dendonker karyerasını bitirdiyini açıqlayıb.

32gun.az xəbər verir ki, oyunçunun  bu qərarı verməsinin səbəbi  ürəyindəki xəstəlik olub 

O "instaqram" hesabında erkən yaşda karyerasını bitirməsi ilə bağlı verdiyi qərarı beləaçıqlayıb:

"Uşaq olanda yalnız bir arzum var idi. Peşəkar futbolçu olmaq. Amma peşəkar karyeram və arzum çox tez başa çatdı. Ürəyimin vəziyyəti ilə əlaqədar futbolu dayandırmaq qərarına gəldim.
Sağlamlığımı düşünməliyəm. Bu, həyatımda verdiyim ən çətin qərar idi. Ancaq geriyə dönüş yoxdur və mən gələcəyə diqqət etməliyəm”.

Ayxan

22 yaşında futbol hayatına son verdi!

Oxşar Xəbərlər