Ərzurumda dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, park edilmiş avtomobillərində siqaret çəkən dostlar həyatlarının şokunu yaşadılar.
B.P-nin əlindəki siqaret yanarkən alışqanını qaz ilə doldurmaq istəyən E.U partlayışa səbəb olub.
Müxtəlif yerlərindən yaralanan iki dost çətinliklə öz gücü ilə xəstəxanaya çatıb.
Yaralanan E.U, qorxulu anlarını "Maşında oturmuşduq. Yanacağın qazı bitdi. Torpedoda qaz balonunu alışqana doldurarkən siqaret yandırdıq. Həmin vaxt partlayış oldu.Yer birdən göyərdi” deyə qeyd edib.
Ayxan