DÜNYA ÖZ XƏBƏR

Dünya üzrə yağ istehsalı 5 ilin ən aşağı səviyyəsindədir

Qlobal zeytun yağı istehsalında iqlim dəyişikliyi, həddindən artıq isti və quraqlığın mənfi təsirlərinin artması səbəbilə, bu mövsüm zeytun yağı üçün məhsul gözləntisi son 5 ilin ən aşağı səviyyəsində qərarlaşıb.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. 

Məlumata əsasən 2021-2022-ci illərdə 2 milyon 272 min ton olan Aİ-nin zeytun yağı istehsalının son 5 ilin ən aşağı səviyyəsi olan 1 milyon 385 min tona düşəcəyi proqnozlaşdırılıb.

Avropa İttifaqı xaricindəki ölkələrə baxdıqda isə 2021-2022 mövsümündə 1 milyon 127 min ton olan zeytun yağı istehsalının 2023-cü il mövsümündə 1 milyon 120 min tona düşəcəyi təxmin edilib.

Aysel Şirinova

Oxşar Xəbərlər