Türkiyənin İstanbul şəhərində yerləşən Ayasofiya məscidi antisanitar vəziyyətə çatıb.
32gun.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə məscidin içərisində yerləşən tarixi su çəninin qapağı qırılıb. Vəziyyətdən istifadə edən vətəndaşlar isə ayaqqabılarını çənin içərisinə atıblar.
Məsciddə namaz qılmaq istəyən şəxslər mövcud vəziyyətdən narazı olduqlarını bildiriblər. Pis qoxu səbəbilə ibadətlərini yerinə yetirə bilməyən vətəndaşlar bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.
Qeyd edək ki, Ayasofiya 2020-ci ildən məscid kimi ibadətə açıq elan edilib.
Aysel Şirinova


