Havayda bir çox binanı məhv edən yanğından zərər görməyən “möcüzə ev” gündəm yaradıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə yanğının şiddətli olduğu Maui adasında sözügedən ev zərər görməyən yeganə tikili olub.
Ev sahibləri yerli KİV-lərə verdikləri açıqlamada yanğınlar başlamazdan əvvəl evin dam örtüyünə metal material əlavə edib və zərərvericilərdən qorunmaq üçün evin ətrafındakı yaşıllıqları kəsdiklərini bildiriblər. Bundan əlavə, evin ətrafına daşlar da düzülüb.
Yerli sakinlər gənc cütlüyün evini “möcüzəvi ev" adlandırıblar.
Qeyd edək ki, adada baş verən yanğın indiyədək 114 nəfərin həyatına son qoyub, 2700-dən çox tikili zədələnib və ya tamamilə dağılıb.
Aysel Şirinova
