İsrail ordusu son bir neçə gündə 3 nəfərin ölüm hadisələrdən sonra işğal altındakı İordan çayının qərb sahilinə əlavə qüvvələr göndərmək qərarına gəlib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə bu barədə İrail ordusunun yazılı açıqlamasında məlumat verilib.
Məlumata əsasən bölgəyə bir batalyon və iki bölükdən ibarət əlavə qüvvə göndərilməsinə əmr verildiyi bildirilib.
Açıqlamada, sözügedən qərar İordan çayının qərb sahilindəki əsgərlərə dəstək vermək və Hebronda hücumu törədəni təqib etmək məqsədilə qərarın verildiyi deyilib.
Aysel Şirinova