Ankaranın Altındağ bölgəsində qəribə hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bir binanın iki sahibi dəfələrlə artırdıqları kirayə qiymətlərini yeniləmək istədikdə kirayəçilər etiraz ilə qarşılaşıblar.
Kirayəçilərin reaksiyası ilə üzləşən ev sahibləri əvvəlcə liftin hissələrini söküb istifadədən çıxarıb. Daha sonra kabelləri kəsərək binanı 3 ay işıqsız qoyublar.
Bununla da kifayətlənməyən ev sahibləri “təmir” adı ilə dayanacağın girişinin mərmərini və 1-ci mərtəbəyə qədər olan döşəmələri sındıraraq mənzilin qapısını çıxarıblar.
Ayxan