DÜNYA ÖZ XƏBƏR

İranda bir gündə 8 nəfər edam edildi

İranda qətl və narkotiklə bağlı cinayətlərdə təqsirli bilinən azı 8 nəfər edam edilib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

2009-cu ildə zərgərlik mağazasına qarşı silahlı quldurluq edərkən bir nəfəri güllələyərək öldürən və məhkəmə tərəfindən edam cəzasına məhkum edilən məhkumun hökmü bu gün icra edilib.

Digər tərəfdən İran İnsan Haqları Təşkilatı dünən ölkənin müxtəlif həbsxanalarında ən azı 7 məhbusun edam edildiyini açıqlayıb.

Aysel Şirinova

Oxşar Xəbərlər