KRİMİNAL

Əri “Lider TV”nin keçmiş əməkdaşını öldürüb hissələrə bölüb, videoya çəkərək yayıb - YENİLƏNİB

Bakıda qadını qətlə yetirən şəxsin cinayət işi üzrə ittihamı ağırlaşdırılıb.

32gun.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

*** 11:00

"Lider" televiziyasının keçmiş əməkdaşı, 1987-ci il təvəllüdlü Nahidə Həsənovanın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

32gun.az Publika.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də Xətai rayonu Köhnə Günəşli qəsəbəsində baş verib. Həyat yoldaşı N.Həsənovanı bıçaqlayaraq öldürən, daha sonra meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsən 1987-ci il təvəllüdlü Əliyev Orxan Mehdi oğlu artıq həbs edilərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Məlumata görə, O.Əliyevin arvadını öldürüb onun bədən üzvlərini hamamda doğradıqdan sonra N.Həsənovanın cəsədinin videosu çəkilib.

Həmin video müxtəlif şəxslərə göndərilib, eləcə də bəzi səhifələrdə yayımlanıb.

Oxşar Xəbərlər