DÜNYA ÖZ XƏBƏR

15 il sonra ölkəyə qayıdan sabiq baş nazir - Polis bölməsinə aparıldı

2006-cı ildə hərbi çevriliş nəticəsində ölkədən qaçan və 15 il sürgündə yaşayan keçmiş baş nazir Taksin Çinavatra ölkəsinə qayıdıb.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə Thaksin qayıtdıqdan sonra polis bölməsinə aparılıb. Müxtəlif siyasi cinayətlərə görə 10 ilə qədər həbs istənən və həbsi üçün orderi olan 74 yaşlı Thaksin səhər saatlarında paytaxt Banqkoka gəlib.
Thaksin Shinawatra-nın yaxın günlərdə ona qarşı siyasi məhkəmələri geri götürmək üçün əf məqsədilə krala müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, 10 avqust tarixində qayıtması gözlənilən sabiq nazir səhhətindəki problemlər səbəbilə gəlişini təxirə salmışdı.

Keçmiş baş nazirin ölkədə parlament səsverməsinin keçiriləcəyi və yeni baş nazirin seçiləcəyi tarix bu günü seçməsi də müzakirələrə səbəb olub.

Aysel Şirinova

Oxşar Xəbərlər