Türkiyə Prezidenti R.T. Ərdoğan Ankarada keçirilən Jandarma Məzuniyyət Mərasimində çıxış edib.
32gun.az bildirir ki, mühacir axını ilə Türkiyəni küncə sıxışdırmaq cəhdlərinin uğursuzluğa düçar olduqlarını dilə gətirən Ərdoğan: “Ölkəmizdə fərari olaraq olanları və cinayətlərdə iştirak edənləri sürətlə deportasiya edirik” deyib.
“Qəndildəki separatçı təşkilatın baronlarına nəfəs almağa imkan vermirik” deyən Ərdoğan, “Türkiyə sonda mütləq terror bəlasından xilas olacaq” deyə qeyd edib.
Ayxan