İstanbulda dənizin çirklənməsinə səbəb olduğu aşkar edilən gəmiyə 13 milyon 265 min 525 lirə inzibati cərimə kəsilib.
32gun.az xəbər verir ki, Zeytinburnu dənizini çirkləndirən gəminin Liviya bayraqlı "KEVALAY QUEEN" adlı olduğu məlum olub.
Sahil Mühafizə Komandanlığının verdiyi məlumata əsasən hadisə ilə bağlı məhkəmə prosesi başladılıb.
Aysel Şirinova