Rusiyanı tərk etməyə cəhd göstərən trans Katerina Mayers 300 min rubl məbləğlə cərimələnib.
32gun.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Moskva məhkəməsi Mayersin dövlət sirrinin qorunması ilə bağlı qanunu pozmaqda günahkar olduğunu bəyan edib.
Qeyd edək ki, Mayers Rusiya kəşfiyyat orqanı Federal Təhlükəsizlik Xidmətində (FSB) 12 il fəaliyyət göstərib. O, 2020-ci ildə cinsini dəyişmək qərarına gəldikdən sonra vəzifəsini tərk etmək məcburiyyətində qalıb.
Rusiya qanunlarına görə, indiki və keçmiş FSB məmurları, məxfi məlumatlara çıxışı olan dövlət məmurları və hərbi məmurlar xaricə səfər edə bilməzlər.
Dövlət sirlərinə çıxışı olan şəxslər Rusiyanı tərk edərsə, üç ilə qədər həbs cəzası ala bilərlər. Hesab edilir ki, Mayersin prokurorluqla əməkdaşlığı onun cəzasının yüngülləşdirilməsinə kömək edib.
Aysel Şirinova