Uşaq baxımı evinin servisində unudulan körpə ölüb.
32gun.az xəbər verir ki, hadisə ABŞ-də baş verib. Körpənin 38 dərəcə istidə 5-6 saat avtomobildə qalaraq həyatını itirdiyi məlum olub.
Körpəni maşında unudan 62 yaşlı sürücü Rayan Uilyams "uşaq ölümünə səbəb olma və səhlənkarlıq"da ittiham olunur. Təqsirli bilinərsə, 4 ilə qədər həbs cəzası gözləyir.
Uilyams polisə verdiyi ifadəsində avtobusdan düşmək istəməyən digər uşaqla məşğul olduğu üçün 1 yaşlı körpəni unutduğunu deyib.
Hökümətin qərarı ilə araşdırmaların davam etdiyi müddətdə baxım evi bağlı qalacaq.
Aysel Şirinova