Tərk edilmiş evdə günlərlə ac saxlanılan və zəncirlə bağlanan qadın tapılıb.
32gun.az xəbər verir ki, hadisə ABŞ-də baş verib. Belə ki, kimsəsiz bir evdən qışqırıq və ağlama səslərinin gəldiyini eşidən qonşular polisə müraciət ediblər.
Evə daxil olan polis əməkdaşları gördükləri mənzərə qarşısında heyrətə gəliblər. Onlar zəncirlə bağlanmış qadının qaçıb hərəkət etməməsi üçün boğazındakı zəncirin böyük mismarlarla yerə bərkidiliyinin şahidi olublar.
Araşdırmalardan sonra hadisəni qadının 36 yaşlı sevgilisi və uşağının atasının törətdiyi məlum olub.
Aysel Şirinova

