Düzce şəhərində uşaqlar 3 evin yanmasına səbəb olub.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, uşaqlar məhəllədəki sahibsiz evdə oynayan zaman oturacaq yanıb. Evdə başlayan yanğından yüksələn alov küləyin təsiri ilə daha 3 evə keçib. Vətəndaşların xəbəri üzərinə hadisə yerinə xilasedicilər və polis qrupları sövq edilib. Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb, 3 evə ziyan dəyib.
Yanğını törədən uşaqların analarına məhəllə sakinləri reaksiya verib. Vətəndaşların reaksiyasına görə uşaqların anaları “Uşaqlarım yandırmadı” deyərək göz yaşı töküb. Qadın əsəb keçirib və qaçaraq uzaqlaşıb.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Ayxan