Gecə vaxtı DƏHŞƏT! Əyləncə məkanından çıxan qızı avtomobildən yola atdılar, anasına isə... (FOTO)
İstanbulda dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostları ilə gecə vaxtı əyləncə məkanından çıxan qızı hərəkətdə olan maşından şose yola atıblar.
Hərəkətdə olan avtomobildən yıxılan Seda Taşdemir gözlərini xəstəxanada açıb. Gənc qızın iddiasına görə onlarla evə getmək istəmədiyi üçün rəfiqəsi Gizem onu maşından yola itələyib. O bununla bağlı məhkəməyə baş vuracağını bildirib.
Bədəninin bir çox yerində sınıqlar olduğunu deyən Seda, anasına qarşı tərəfdən pul müqabilində şikayət etməməyi təklif etdiyini bildirib.
25 yaşlı Seda T. hadisə ilə bağlı danışarkən qeyd edib ki, oktyabrın 9-da İstanbulun Ortaköydəki məşhur əyləncə məkanına gedib. Sedanın yanında Gizem və Gizemin anası Arzu Dermanlı ilə bibisi Burcu Dermanlı olub. Onlar gecə saatlarına qədər məkanda əylənib. Gizemin əyləncə məkanında olan anası Arzunun yanına dostu Hakan A. da gəlib. Məkandan çıxarkən Hakan A. Arzu və dostlarını evə aparmağı təklif edib. Arzu təklifi qəbul etsə də, Seda bu təklifə qarşı çıxıb.
Seda ilə Gizem arasında evə getməklə bağlı mübahisə düşüb. Seda düşüb taksiyə minmək istədiyini desə də, Hakan maşını sürməyə davam edib. Avtomobilin içərisində mübahisə alovlanıb. Gənc qız 100 km sürətlə gedən avtomobildən yıxılaraq yerə düşüb. Arxadan gələn digər avtomobilin sürücüsü Sedanı təcili olaraq Ataşehirdəki xəstəxanaya çatdırıb.
Hazırda müalicəsini davam etdirən gənc qızın kəllə sümüyü, burnu, çənəsi və dişlərində qırıqlar olduğu müəyyən edilib.
Nurlan
