HADİSƏ ÖZ XƏBƏR

Şəmkirdə qəza - "Niva" dəmir maneənin üstünə çıxdı - VİDEO

Şəmkirin Dəllər Cəyir Kəndində bu gün qəza hadisəsi baş verib.

32gun.az xəbər verir ki, "Niva" ilə "Mercedes" markalı avtomobillər toqquşub. 

Zərbənin təsirindən "Niva" yol kənarındakı dəmir maneənin üstünə çıxıb. Digər avtomobil isə hərəkətə gətirilə bilmədiyi üçün ərazidən aparılıb. 

Qəza nəticəsində ciddi xəsarət alan olmayıb. 

Hadisə yerindən çəkilmiş görüntünü təqdim edirik:

Ayxan 

***

Oxşar Xəbərlər