Bu teatrın baş direkoru istefa verdi - Yerinə… (FOTO)
"Böyük Teatr"ın baş direktoru Vladimir Urin kollektiv qarşısında çıxış edərək tutduğu vəzifədən getdiyini açıqlayıb.
32gun.az xəbər verir ki, musiqi tənqidçisi Sergey Bulanov bu barədə öz Telegram kanalında Urinin videoyazısını dərc edərək məlumat yayıb.
Urin, Rusiya teatr sektorunda liderlərin olmamasından narahat olduğunu bildirib.
Bulanov qeyd edib ki, liderin olması teatrın inkişafının istiqamətini müəyyən edir.
Teatrdakı dəyişikliklərlə tanış olan “İnterfaks” agentliyinin məlumatına görə, Mariinski Teatrının bədii rəhbəri, dirijor Valeri Gergievin Böyük Teatrın mümkün yeni baş direktoru təyin ediləcəyi ehtimal olunur.
Bildirilir ki, yaxın vaxtlarda yeni baş direktorun təqdimatı gözlənilir, yəni Valeri Gergiev onun namizədi ola bilər.
Urin 2013-cü ildən Böyük Teatra rəhbərlik edir və onun səlahiyyətləri 2027-ci ilə qədər davam etməli idi. Gergiev 1988-ci ildən Mariinski Teatrının bədii rəhbəri və direktoru vəzifəsini tutub.
Xatırladaq ki, Gergiev özü də bundan əvvəl mediaya hələ yeni iş axtarmadığını bildirmişdi.
Nilay