MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur zavod məhkəməlik oldu

"AzerFloat" QSC məhkəməlik olub.

32gun.az xəbər verir ki, zavod barədə İnzibati Xətalar Məcəlləsinin 499.13-cü maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar)  protokol tərtib edilib.

Hazırlanmış protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdik edilib. Məhkəmə işi hazırda hakim  Babək Pənahovun icraatındadır.

Bildirək ki, nizamnamə kapitalı 4000 AZN olan   "AzerFloat" QSC-nin qanuni təmsilçisi EMİL HƏSƏNOV VADİM OĞLUdur.

Qeyd edək ki, AzerFloat” Azərbaycanda vərəqə şüşə istehsal edən zavoddur.

Ayxan 

Oxşar Xəbərlər