HADİSƏ ÖZ XƏBƏR

Dəhşətli qəzada ölən şəxsin FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Zərdabda hərəkətdə olan "VAZ 2107' markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü Qaravəlli kənd sakini, Əmrah adlı şəxs ağır bədən xəsarətləri alaraq Göyçay şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sərnişin - Raul Əziz oğlu Əliyev aldığı xəsarətlərdən həyatını itirib.

32gun.az ağır qəzada dünyasını dəyişən Raul Əliyevin fotosunu əldə edib.

Məlumata görə, mərhumun 4 yaşlı övladı var.

Xatırladaq ki, onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ayxan 

Oxşar Xəbərlər