SOSIAL ÖZ XƏBƏR

Nazirliyin sabiq yüksək vəzifəli bu xanımın evini təmir etmək istəyi baş tutmadı - SƏBƏBİ…

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallah Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş  Müdiriyyətinin Şamaxı şəhəri, Azərbaycan küç. ev 31 idarədə Veysova Səadət Əhməd qızına məxsus fərdi yaşayış evində bərpa işləri ilə bağlı elan etdiyi tender başa çatıb və tenderin qalibi "Təməl Tikinti" MMC  olub.

32gun.az xəbər verir ki, bu gün açıqlanan qərarla baş tutan bu tender ləğv  edilib.

Buna səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarı olub. Bu da DSQ 4.1.2, 38.2, 57.3.7-ci maddələrlə tənzimlənilir.

Qeyd edək ki, Tərəflər arasında 76.515,99 AZN-lik müqavilə imzalanacağı gözlənilirdi.

İnternet resurslarında axtarış verdiyimiz zaman məlum olur ki, evinin təmiri üçün tender elan olunan Veysova Səadət Əhməd qızı Arif Hüseynzadə adına 20 nömrəli məktəb direktoru olub.

Bundan əvvəl S.Veyisova Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri işləyib.

O həm direktor, həm də Təhsil Şöbəsinin işlədiyi zaman adı mətbuatda dəfələrlə qalmaqalla hallanıb.

Bildirək ki, “Təməl Tikinti” MMC 12 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırıverdi oğludur.

Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri Cəbrayıl Xanlarovdur. 

Ayxan

Oxşar Xəbərlər