MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Son dəqiqə! Məşhur kinorejissor dünyasını dəyişdi

Rusiya Federasiyasının əməkdar artisti Oleq Ryabokon dünyasını dəyişib.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, tanınmış kinorejissor Sankt-Peterburqda 85 yaşında vəfat edib.

Xatırladılır ki,  Oleq Ryabokon 1961-ci ildə Leninqrad Hərbi Mexanika İnstitutunu, 1972-ci ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib.

Ryabokon tamaşaçıya ilk növbədə 1983-cü ildə çəkilmiş "Əli Baba və qırx quldur" filmindən tanışdır - əsas rolları Oleq Tabakov, Tatyana Nikitina, Veniamin Smexov və Armen Djiqarhanyan ifa ediblər. 
Onun filmoqrafiyasına həmçinin “Fiziklər”, “Gözəl Yelena”, “İmperatorun addımları” filmləri, “Ezop” televiziya tamaşası və başqaları daxildir.

Ayxan

Oxşar Xəbərlər