Xəbər verdiyimiz kimi, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası publik hüquqi şəxsinin (TƏBİB) "Maşın və avadanlıqların – paltaryuyan maşınların satın alınması və quraşdırılması" ilə bağlı elan etdiyi tenderin qalibi "RİNOKS" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Həmçinin Xəstəxana ilə 46.492 AZN-lik müqavilə imza atacaq şirkətin 12440.42 AZn-lik vergi borcunun olmasını qeyd etmişdik.
Bununka bağlı RİNOKS" Məhdud Məsuliyyətli Cəmiyyəti 32gun.az-la əlaqə saxlayaraq açıqlama verib.
"Rinoks" MMC-nin Direktoru Rəşad Səfərovun açıqlamasını təqdim edirik:
"Bildirmək istəyirəm ki, 21 noyabr 2023-cü il tarixində "Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası" Publik Hüquqi Şəxsi“ paltaryuyan maşınların satın alınması və quraşdırılmas” məqsəsi ilə açıq tender müsabiqəsi keçirib. Həmin tenderdə “Rinoks” MMC qalib elan edilib.
23.01.2024-cü il tarixində Sizin saytda “Kliniki Uroloji Xəstəxanaya vergi borcu olan şirkətdən 46 min manata iki paltaryuyan alınır” başlıqlı xəbər paylaşılıb. Həmin xəbərin başlığı tərəfimizdən qərəz kimi qarşılanmış,tenderin şəffaflığı şübhə altına alınmış,sanki həmin tenderdə vergi borcu ola-ola qalib elan edilib.
Digər bir qərəz isə həmin paltaryuyan maşınların ev tipli olmasına qənaət gətirərək bazar qiymətinin sanki 1000 və ya 2000 manat olamsı, dolayı olaraq “46000” (əslində 46492 manatdır) manatla tərs mütənasib təşkil etməsidir. Bu sahənin mütəxəsislərindən də dəqiqləşdirmə apararaq həmin paltaryuyan maşınlarının bazar qiymətini müəyyən edə bilərsiniz.
Xəbərdə qeyd edilmiş 12440.42 manat borca gəldikdə isə bildirmək istəyirəm ki,həmin borc 2023-cü il, Dekabr ayı üçün tərəfimizdən təqdim edilmiş Əlavə Dəyər Vergisinin Bəyannaməsinin təqdim edilməsindən yaranıb.
Məlumat üçün qeyd edim ki, ƏDV bəyannaməsi aylıq hesabatdır. Həmin hesabatın verilmə müddəti hesabat ayı bitdikdən sonra, sonrakı ayın 20-nə qədər təqdim edilməlidir.( Dekabr ayı üçün yanvar ayının 20-nə qədər verilməlidir).
Həmin borcun yaranmasından 3 gün keçməmiş bu xəbər yayımlanıb".
Ayxan