SOSIAL ÖZ XƏBƏR

Kliniki Uroloji Xəstəxanaya vergi borcu olan şirkətdən 46 min manata iki paltaryuyan alınır

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası publik hüquqi şəxsinin (TƏBİB) "Maşın və avadanlıqların – paltaryuyan maşınların satın alınması və quraşdırılması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, tenderin qalibi "RİNOKS" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 46.492 AZN-lik müqavilə imzalanacağı gözlənilir. 

Tenderə əsasən  xəstəxanada  Paltaryuyan maşın (20 və 30 kq olmaqla 2 ədəd) alınmalı, Demontaj və montaj işləri üçün xidmət , Quraşdırılma prosesində yerinə yetirilən inşaat işləri üçün xidmət görülməlidir. 

Əldə etdiyimiz digər məlumata görə, "RİNOKS" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12440.42 AZn-lik vergi borcu mövcuddur. 

Nizamnamə kapitalı 15 AZN olan  "RİNOKS" MMC-nin qanuni təmsilçisi RƏŞAD SƏFƏROV RƏŞİD Oğludur. 

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası publik hüquqi şəxsinin direktoru Fariz Babayevdir.

Ayxan 

 

 

Oxşar Xəbərlər