KRİMİNAL

Azərbaycanlı gənc bu qondarma respublikada saxlanıldı: Ömürlük həbs oluna bilər - Görün nəyə görə (VİDEO)

Tanınmamış Abxaziya respublikasında narkotik satışı ilə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb. 

32gun.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 22 yaşlı Cavid Məmmədov Moskvadan xüsusi bükümlərdə külli miqdarda narkotik gətirərək Suxumi şəhərində satmaq istəyib. 

Ələ keçirilən Məmmədov bildirib ki, həmin narkotiki Serafima Boqdanovadan alıb. Tezliklə Boqdanova da saxlanılıb. Yerli qanunvericiliyə görə onları 15 ildən yuxarı, hətta ömürlük həbs cəzası gözləyir. 

Qeyd edək ki, Abxaziyada narkotik satışı çox ağır cinayət sayılır. (lent.az)


 

Oxşar Xəbərlər