Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Mostovoy "Bavariya"ya rəhbərlik etməyə razılaşacağını bildirib.
32gun.az bildirir ki, bu barədə "Euro-Futbol.Ru" məlumat yayıb.
“Bavariya”dan imtina etmək çox çətindir. Əgər mənə “Bavariya”nın baş məşqçisi olmaq təklifi gəlsəydi, tərəddüd etmədən razılaşardım. Amma mənə təklif yoxdur”, - deyə Mostovoy bildirib.
Mostovoy onu da qeyd edib ki, Münhen komandasına rəhbərlik etmək təklif olunan istənilən məşqçi tərəddüd etmədən razılaşacaq.
Tomas Tuxelin rəhbərliyi altında "Bavariya" son illərdə ilk dəfə bu mövsüm növbəti çempionluq şansını itirib. Komanda bu tur səfərdə "Ştutqart"a uduzub. Münhen komandası hətta gümüş medallarını da itirmək riski ilə üzləşir.
“Bavariya” Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyununda evdə “Real”la heç-heçə edib.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Matçın 24-cü dəqiqəsində "Real Madrid"in futbolçusu Vinisius Junior hesabı açıb. İkinci hissənin əvvəlində Leroy Zeyn və Harri Keynin qolları “Bavariya”ya üstünlüyə səbəb olub. 83-cü dəqiqədə Vinisius Junior dəqiq penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Qeyd edək ki, Harri Keyn də penaltini dəqiq yerinə yetirib.
Ayxan