Hazırda ən bahalı futbol klublarının siyahısı açıqlanıb.
32gun.az bildirir ki, dünyaca məşhur "Sportico" idman biznes portalı yayıb.
Reytinqdə birinci yeri İngiltərənin “Mançester Yunayted” komandası tutub. Onun dəyəri (6,2 milyard dollar) qiymətləndirilir. İkinci yerdə Real Madrid (6 milyard dollar) qərarlaşıb. Üçüncü yeri kataloniyalı “Barselona” (5,2 milyard dollar) tutub. İlk 3-lüyün arxasında İngiltərənin “Liverpul” klubu (5,1 milyard dollar) qərarlaşıb. İlk beşliyi (4,8 milyard dollar) “Bavariya Münhen” qapayıb.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının (APL) 35 oyunundan sonra turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb (54 xal). Yeddinci yerdə qərarlaşan "Çelsi" də eyni rəqəmə malikdir. “Qırmızı şeytanlar” və “Aristokratlar”ın hər birinin əlində bir oyun var.
“Mançester Yunayted” mövsümü avrokubok zonasında başa vurmağı planlaşdırır. Bu mövsüm ingilislər Çempionlar Liqasının qrupunda sonuncu yerdə qərarlaşıb. Mayın 12-də İngiltərə çempionatı çərçivəsində “Mançester Yunayted” doğma meydanda London “Arsenal”ı ilə qarşılaşacaq.
Ayxan