İDMAN ÖZ XƏBƏR

“Dinamo” Rusiya çempionatının yeganə favoritidir

Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov etiraf edib ki, o, Rusiya Premyer Liqasının (RPL) başa çatan mövsümünün yeganə favoriti kimi yalnız bir komandanı - Moskvanın "Dinamo"sunu hesab edir.

32gun.az bildirir ki, onun açıqlamasını "Sport Express" yayımlayıb. 

“Əlbəttə, “Dinamo” yeganə favoritdir. Belə vəziyyətdə çempion olmamaq üçün çox “bacarıqlı” olmalısan. Və belə bir şansla... Artıq hər şey göz qabağındadır. Dinamo çempiondur! Yalnız onlar özləri çempionluğu itirə bilər”, - deyə Şirokov bildirib.

"Dinamo" Rusiya Premyer Liqasında qələbə uğrunda mübarizə aparır. Qalan iki tur qalmış Marsel Liçkanın komandası 53 xalla turnir cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan Sankt-Peterburqun "Zenit"ini iki xal qabaqlayır. İlk üçlüyü 50 xalla “Krasnodar” qapayır.

Çempionatın sonuna kimi “Dinamo” mayın 18-də baş tutacaq və Moskva vaxtı ilə saat 14:00-da başlayacaq “Krylia Sovetov Samara” ilə evdə, 25-də isə “Krasnodar”la da mübarizə aparacaq. Başlanğıc fiti Moskva vaxtı ilə saat 16:30-da səslənəcək.
Ayxan 

Oxşar Xəbərlər