Avstraliyalı fiqurlu konkisürən Brendan Kerri yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismara görə ömürlük idmandan uzaqlaşdırılıb.
32gun.az bildirir ki, bu barədə ESPN məlumat yayıb .
ABŞ Təhlükəsiz İdman Mərkəzinin hesabatında sərxoş vəziyyətdə olan idmançının azyaşlı konki sürənlərlə dəfələrlə cinsi əlaqədə olduğu bildirilib.
Maraqlıdır ki, Kerrinin şikayət edə biləcəyi ömürlük qadağa yalnız ABŞ-da keçərlidir, çünki Təhlükəsiz İdman Mərkəzinin başqa ölkələrdə yurisdiksiyası yoxdur.
Kerri səkkizqat Avstraliya çempionu , Challenger seriyalı turnirlərin mükafatçısı və Soçi 2014, Pxençxan 2018 və Pekin 2022 Olimpiya Oyunlarının iştirakçısıdır. Qeyd edək ki, sonuncu Qış Olimpiya Oyunlarında Kerri açılış mərasimində ölkəsinin bayraqdarlarından biri olub. Turnirdə o, qısa skeytin nəticələrinə görə sərbəst proqrama vəsiqə qazanıb və iki çıxışın cəminə əsasən yekun 17-ci yeri tutub. O, 244,80 bal toplayıb ki, bu da iki proqramın cəminə görə karyerasının ən yaxşı nəticəsi olub.
Ayxan