SİYASƏT

"Camaatın arzulamadığı şəxslər parlamentdə əyləşiblər" - Mütəllim Rəhimli

"Budəfəki parlament seçkilərinin növbədənkənar elan olunması COP29-la bağlı idi və bu, hardasa başadüşülən idi. Ancaq bu məsələdə də müəyyən suallar ortaya qoymaq mümkündür. Hər dəfə parlament buraxılan zaman "yeni çağırışlar, yeni çağırışlar" arqumentləri gündəmə gətirilir. Amma nəhayətdə camaatın arzulamadığı şəxslər parlamentdə əyləşiblər. 2020-ci ildə növbədənkənar seçkilərlə formalaşan ötən parlamentdə elə deputatlar var idi ki, bir dəfə olsun ağızlarını açıb danışmayıblar, seçicilərinin maraqlarını ifadə etməyiblər. Deməli, "yeni çağırışların" belə adamlara dəxli yoxdur"

32gun.az xəbər verir ki, buna Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Sherq.az-ın suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, budəfəki növbədənkənar parlament seçkilərində yeni situasiya torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpa olunmasıdır:

"Çox istərdik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində keçirilən seçkilərdə demokratik ab-hava və ruh özünü göstərsin".

 

 

Oxşar Xəbərlər